Вернуться назад Распечатать

Çində dəmir yolu xəttində qəza: 11 nəfər ölüb

Cənubi Çinin Kunmin əyalətində seysmik avadanlığı sınaqdan keçirən qatar dəmir yolunun döngəsindən keçərkən orada çalışan bir qrup işçini vurub. Nəticədə 11 nəfər ölüb, iki nəfər xəsarət alıb.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Kunmin Dəmiryol İdarəsi yayıb.

Bildirilir ki, hadisə səhər saatlarında Loyançjen stansiyasına gedən dəmir yolunda baş verib.

Yaralılar xəstəxanaya çatdırılıblar, stansiyada nəqliyyatın hərəkəti bərpa olunub.

Müstəntiqlər faciənin təfərrüatı araşdırırlar.