Dünyanın ən böyük aysberqi sayılan və mütəxəssislərin 1986-cı ildən müşahidə etdikləri "A23a" öz statusunu itirib. Obyekt ilkin sahəsinin 67%-ni itirib.
Liderxeber.az bildirir ki, bu barədə məlumatı Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutu yayıb.
Son üç ay ərzində "A23a"nın ölçüləri 22% kiçilib. İndi onun sahəsi yeni lider olan "D15A" aysberqindən iki dəfə azdır. Dünyanın ən böyük aysberqi "D15A"nın sahəsi 3 071 kvadratkilometrdir.
"D15A" 2016-cı ilin yanvarında şelf buzlağından qopub və hazırda Şərqi Antarktidada Şahzadə Elizabet Torpağının sahilləri yaxınlığında dayazlıqda yerləşir.