Вернуться назад Распечатать

Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür

ABŞ Prezidenti Donald Tramp bildirib ki, "Netflix"in "Warner Bros."la razılaşması problem yarada bilər.

Liderxeber.az xəbər verir ki, məlumatı "Business Insider" yayıb.

Nəşr ABŞ prezidentinin Kennedi adına İfaçılıq sənəti mərkəzində jurnalistlərin suallarını cavablandırdığını bildirib. Ağ Ev rəhbəri deyib ki, sözügedən razılaşma barədə qərarın qəbul olunmasında iştirak etmək istəyir.

D.Tramp "Netflix"in "fenomenal iş" gördüyünü vurğulayıb və ötən həftə Ağ Evdə qonaq olan şirkətin baş direktoru Ted Sarandosu "gözəl insan" adlandırıb. Eyni zamanda, ABŞ prezidenti qeyd edib ki, "Netflix"in bazarda böyük payı var.

"Onlar "Warner Bros."u da əldə etdikdən sonra bu pay xeyli artacaq. Buna görə də, mən bilmirəm. Buna iqtisadçılar qərar verməlidirlər. Bu barədə qərarın qəbulunda mən də iştirak edəcəyəm... Heç şübhəsiz ki, bu, bazarda çox böyük hissədir... Razılaşma problem yarada bilər", - deyə prezident əlavə edib.

Xatırladaq ki, ABŞ-nin "Netflix" yayım şirkəti "Warner Bros. Discovery" şirkətinin satın alınması ilə bağlı razılığa gəldiyini elan edib.