"Samsung Galaxy" cihazlarının "Samsung Gallery" fotoqalereyasında yeni funksiya təqdim ediləcək.
Liderxeber.az "SamMobile" saytına istinadən xəbər verir ki, istifadəçilər istədikləri şəkilləri və videoları "Şəxsi albom"da gizlədə biləcəklər.
Bildirilir ki, bu funksiya "Google Photos"dakı "Protected Folder"in analoqudur.
Hazırda "Samsung" cihazlarında "Qorunan qovluq" ("Secure Folder") vasitəsilə şəxsi fotoları gizlətmək mümkündür, lakin həmin şəkilləri "Samsung"un "Qalereya" tətbiqində açmaq olmur.
İndi isə "Samsung" yeni funksiyanın beta-testinə başlayıb. İstifadəçilər "Qalereya"nın əsas ekranında "Menyu" düyməsini basaraq, şəkil və videoları asanlıqla gizlədə biləcəklər, bunun üçün "Şəxsi albom"u seçmək kifayət edəcək.