Вернуться назад Распечатать

Mərakeşdə iki binanın uçması nəticəsində ölənlərin sayı artıb

Mərakeşin Fəs şəhərində iki binanın uçması nəticədə ölənlər sayı azı 22 nəfərə çatıb.

Liderxeber.az xəbər verir ki, bu barədə MAP agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 16 nəfərin xəsarət aldığı bildirilir.

Mərakeşin Fəs şəhərində iki bina uçub. Nəticədə ən azı 19 nəfər ölüb, 16 nəfər yaralanıb.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə dövlət xəbər agentliyi məlumat verib.

Məlumata görə, səkkiz ailənin yaşadığı iki bitişik dördmərtəbəli bina çöküb.

Yaralılar Fəs Universitet Xəstəxanası Mərkəzinə aparılıb. Xilasedicilər ərazidə axtarış işlərini davam etdirirlər, dağıntılar altında insanların qalmış olduğu ehtimal edilir.

Çökmənin səbəbi hələlik məlum deyil.