Вернуться назад Распечатать

4 saat yarıma 70-dən çox sualı cavabladı - Fotolar

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin dünən ənənəvi illik mətbuat konfransı keçirib.

Liderxeber.az xəbər verir ki, tədbir 4 saat 27 dəqiqə davam edib.

Rusiya lideri bu müddət ərzində 70-dən çox suala cavab verib. Ümumilikdə isə efirin sonuna qədər proqrama 3 milyondan çox sual daxil olub.

Putin bu müddət ərzində cəbhədəki vəziyyət, Qərblə münasibətlər, eləcə də sülh danışıqları barədə danışsa da, əsas diqqət ölkədəki daxili vəziyyətə yönəldilib.

Tədbir boyu Rusiya dövlət başçısı zaldakıları bir neçə dəfə sakitliyə riayət etməyə çağırıb.

Qeyd edək ki, ötən il keçirilən mətbuat konfransı da 4 saat 27 dəqiqə davam etmişdi.