Ukraynanın pilotsuz uçuş aparatları Belbekdəki (Krım) Rusiya hərbi aerodromuna hücum edib.
Liderxeber.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
Hücum nəticəsində iki "Su-27" təyyarəsi məhv edilib.
UTX-nin "Alfa" Xüsusi Əməliyyat Mərkəzinin uzaqmənzilli pilotsuz uçuş aparatları Krımdakı Belbek aerodromunda iki "Su-27" təyyarəsini məhv edib", - deyə məlumatda bildirilir.
Məhv edilmiş təyyarələrdən biri döyüş hücumuna hazır vəziyyətdə imiş.