Вернуться назад Распечатать

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

Dünyada yüz milyonlarla insan qida çatışmazlığı ilə üzləşsə də, Cənubi Amerikadakı kiçik bir ölkə özünü bütün ərzaq məhsulları ilə təmin etməyi bacarıb.

Liderxeber.az "Science Focus"a istinadən xəbər verir ki, bu ölkə Venesuela, Braziliya və Surinam arasında yerləşən Qayanadır.

Əhalisi 830 min olan ölkənin ərazisinin 85%-ni keçilməz tropik meşələr təşkil edir. Burada insanlar dar sahil zolağı boyu sıx şəkildə məskunlaşıblar.

Qeyd edək ki, araşdırmada 186 ölkədən məlumatlar təhlil edilib və yalnız Qayananın bütün əsas ərzaq qrupları üzrə özünü tam təmin etdiyi müəyyən olunub.