Вернуться назад Распечатать

Putin generalın qətli barədə məlumatlandırılıb

Rusiya Prezidenti Vladimir Putinə general-leytenant Fanil Sarvarovun qətlə yetirilməsi ilə bağlı məlumat verilib.

Liderxeber.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı Putinə xüsusi xidmət orqanlarının xətti ilə dərhal məruzə edilib. 

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxt Moskvada avtomobilin altına quraşdırılmış partlayıcı qurğu partladılıb. Nəticədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov həlak olub.