Вернуться назад Распечатать

ABŞ ordusu Sakit okeanda gəmiyə zərbə endirdi, ölən var

ABŞ ordusu Sakit okeanda narkotik daşıdığı iddia olunan gəmiyə zərbələr endirib.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Cənub Komandanlığı sosial mediada rəsmi məlumat yayıb.

Xəbərə görə, əməliyyat Pentaqon rəhbəri Pit Heqsetin əmri ilə həyata keçirilib:

"Kəşfiyyat məlumatına əsasən, gəmi Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrut üzrə hərəkət edib. Əməliyyat zamanı bir nəfər narkotik qaçaqmalçısı öldürülüb".

Komandanlıq vurğulayıb ki, əməliyyat zamanı ABŞ ordusunda itki və xəsarət alan olmayıb.