Вернуться назад Распечатать

Tacikistan-Əfqanıstan sərhədində atışma - Ölənlər var

Tacikistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib. 

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Toqquşmanın Tacikistan sərhədçiləri ilə ölkə ərazisinə daxil olan terrorçular arasında olduğu bildirilir. Atışma nəticəsində Tacikistanın 2  sərhədçisi və 3 əfqan silahlısı ölüb. 

Məlumata görə, terrorçuların məhv edilməsindən sonra Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.