ABŞ-nin böyük şəhərlərində Milli Qvardiya patrulları Milad bayramını qeyd etmək üçün Santa Klausu xatırladan qırmızı papaq taxmağa başlayıblar.
Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset özünün "X" sosial şəbəkə hesabında bildirib.
"Uniformadakı dəyişiklik tam razılaşdırılıb", - deyə nazir qırmızı papaqlı patrulların təsvir olunduğu videoçarxı paylaşaraq yazıb.