Əlcəzair Milli Xalq Assambleyası (parlament) Fransanın bu ölkəni bir əsrdən çox müstəmləkədə saxlamasını dövlətə qarşı cinayət kimi tanıyan qanun layihəsini təsdiqləyib.
Liderxeber.az xəbər verir ki, bu barədə "Ennahar" qəzeti məlumat yayıb.
Əlcəzair parlamentinin üzvləri qanun layihəsinə yekdilliklə səs veriblər. Sənəddə Fransa "Əlcəzairdəki müstəmləkə keçmişinə və Əlcəzair xalqına qarşı törətdiyi faciələrə görə qanunla məsuliyyət daşıyır". Milli Xalq Assambleyası tərəfindən təsdiqlənən qanun layihəsində Fransanın müstəmləkəçiliyi "dövlətə qarşı cinayət" adlandırılır və həmçinin Parisdən "rəsmi üzr istəməsi" tələb olunur. Fransız müstəmləkəçilərinin cinayətləri arasında xüsusilə məhkəməsiz edamlar, işgəncələr və zorlamalar, Əlcəzair torpağında aparılan nüvə sınaqları və ölkənin təbii sərvətlərinin talan edilməsi sadalanır.
Fransa ilə Əlcəzair arasında münasibətlər son vaxtlar çox gərginləşib. Konkret olaraq, 2024-cü ilin iyul ayının sonunda Əlcəzair hakimiyyəti Parisdəki səfirini dərhal geri çağırmaq qərarına gəlib. Əlcəzair 1830-1962-ci illərdə Fransanın müstəmləkəsi olub. Ölkə Fransanın Milli Azadlıq Müharibəsi (1954-1962) nəticəsində müstəqillik qazanıb.