Вернуться назад Распечатать

Dünyada ən tez sürət yığan avtomobillər açıqlanıb

Dünyanın ən sürətli on sedan tipli avtomobilinin reytinq cədvəli tərtib edilib.

Liderxeber.az xəbər verir ki, "TopSpeed" portalının sıralamasında birinci yeri 2026-cı il modeli "Tesla Model S Plaid" tutub. Avtomobil 0-dan 97 km/saat sürətinə cəmi 1.99 saniyəyə çatır.

Siyahıda ikinci yeri həmin məsafəni 3.0 saniyəyə qət edən 2026-cı il modeli "Mercedes-AMG S63 E" tutub. İlk üçlüyü isə 0-dan 97 km/saat sürətinə 3.2 saniyəyə çatan 2026-cı il modeli "Mercedes-AMG EQE" tamamlayır.

Ən sürətli avtomobillər arasında "Audi S e-Tron GT" (3.3 saniyə), "Mercedes-AMG C63 SE" (3.3 saniyə), "Cadillac CT5-V Blackwing" (3.4 saniyə), "BMW M5" (3.4 saniyə), "BMW M3 Competition xDriv" (3.4 saniyə), "Porsche Taycan 4S" (3.5 saniyə) və "Audi RS3" (3.6 saniyə) də yer alıb.