Hindistanın Çarxand əyalətində sürüsündən ayrılan tək dişli bir fil kəndlərə hücum edərək 22 nəfərin ölümünə səbəb olub.
Liderxeber.az xəbər verir ki, hücumların əksəriyyəti gecə saatlarında qeydə alınıb.
Çaibasa bölgəsinin meşə müdiri Aditya Narayan filin son dərəcə aqressiv olduğunu bildirib.
Hazırda 100-dən çox meşə işçisi və üç əyalətdən mütəxəssis onun axtarışını aparır. Fil gündə təxminən 30 km məsafə qət edir, bu da izlənməsini çətinləşdirir.
Bildirilir ki, artan insan-fil qarşıdurması meşələrin məhv olması və fillərin ənənəvi köç yollarındakı məskunlaşma ilə bağlıdır. Son beş ildə Hindistanda belə qarşıdurmalar nəticəsində 2800-dən çox insan ölüb.
Bəzi əyalətlərdə isə filin kəndlərə yaxınlaşmasını izləmək üçün süni intellekt əsaslı erkən xəbərdarlıq sistemləri tətbiq olunub.