Вернуться назад Распечатать

Venesuelanın yeni lideri ABŞ-ni tənqid etdi, Trampın adını isə çəkmədi

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ-nin siyasətini tənqid edib və ölkənin suverenliyinin qorunmasına çağırıb.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "CNN" telekanalı məlumat verib.

"Bütün Venesuela təhlükə altındadır və buna görə də mən milli birliyə çağırıram ki, suverenliyi birinci yerə qoyaraq, diplomatik mübarizə aparaq", - deyə Rodriges bildirib.

O, ABŞ-nin hərəkətlərini qiymətləndirərkən "cinayətkar iqtisadi blokada", "iqtisadi müharibə" və "enerjidaşıyıcılarını ixrac edən ölkənin mühasirəyə alınmasına yönəlmiş dəniz blokadası" kimi ifadələrdən istifadə edib. Lakin buna baxmayaraq, D.Rodriges çıxışında bir dəfə də olsun birbaşa ABŞ Prezidenti Donald Trampdan bəhs etməyib, onun adını çəkməyib və sadəcə ümumiləşdirilmiş sözlərlə kifayətlənib.