Rusiya Prezidenti Vladimir Putin Qrenlandiyanın ABŞ tərəfindən Alyaskaya ödənilən məbləğlə müqayisədə təxminən 200-250 milyon dollar dəyərində olduğunu bildirib.
Liderxeber.az xəbər verir ki, bu barədə Kreml açıqlama yayıb.
Bildirilib ki, Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə onlayn görüşdə ABŞ və Danimarka ilə bağlı məsələlərə toxunub. Prezident keçmişdə ABŞ ilə Alyaskaya dair razılığa gəldiklərini xatırladıb:
“1867-ci ildə ABŞ ilə oxşar məsələləri həll etmişik. Məlum olduğu kimi, Rusiya Alyaskanı ABŞ-yə satıb. Alyaska 1.717.000 kvadrat kilometr əraziyə malikdir və o zaman ABŞ-yə 7,2 milyon dollara satılıb. Bugünkü inflyasiya ilə bu məbləğ təxminən 158 milyon dollara bərabərdir”.
Putin Qrenlandiyanın ərazisinin təxminən 2.166.000 kvadrat kilometr olduğunu qeyd edib:
“Bunu Alyaskanın satışı ilə müqayisə etsək, Qrenlandiyanın qiyməti təxminən 200-250 milyon dollar olardı”.
Rusiya Prezidenti ABŞ və Danimarkanın məsələləri öz aralarında həll etməli olduqlarını vurğulayıb:
“Danimarka həmişə Qrenlandiyanı bir müstəmləkə kimi görüb və ona sərt, hətta qəddarcasına yanaşıb. Amma düşünmürəm ki, hazırda heç kim bununla maraqlanmır”.
Putin Trampın diqqətində olan Qrenlandiya məsələsinin Rusiya üçün prioritet olmadığını da qeyd edib.