Qazaxıstan və İsrail arasında vizasız rejim barədə memorandum imzalanıb.
Liderxeber.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, sənədin imzalanması mərasimi İsrailin xarici işlər naziri Gideon Saarın Astanaya səfəri çərçivəsində baş tutub.
Bununla yanaşı, Qazaxıstanın XİN rəhbəri Yermek Koşerbayevlə G.Saar arasında keçirilən danışıqlar zamanı iki ölkə arasında iqtisadi-ticarət, investisiya, innovasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.