ABŞ-də soyuq hava dalğası və artan elektrik tələbatı “Bitcoin” mədənçiliyinin emal gücünə (hashrate) ciddi təsir göstərib.
Liderxeber.az xəbər verir ki, bu barədə kriptovalyuta statistika saytı olan “Bitinfocharts” məlumat yayıb.
Bildirilib ki, ölkədəki soyuq dalğa səbəbindən “Bitcoin” şəbəkəsinin emal gücü 37 faiz azalıb.
Qeyd edilib ki, mədənçilər elektrik şəbəkələrinə yükü azaltmaq üçün soyuq hava şəraitində prosessorlarını müvəqqəti olaraq dayandırırlar. Kriptovalyuta şəbəkələrində mədən fəaliyyətinə imkan verən ümumi hesablama gücü emal gücü (hashrate) kimi ölçülür.