Вернуться назад Распечатать

Araqçı Türkiyədədir

İranın xarici işlər naziri Seyid Abbas Araqçı Türkiyədə səfərdədir.

Liderxeber.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, naziri hava limanında Türkiyə Xarici İşlər Nazirliyinin regional baş direktoru da daxil olmaqla bir sıra rəsmilər qarşılayıblar.

Bir günlük səfər çərçivəsində Araqçı türkiyəli həmkarı Hakan Fidanla ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq hadisələr barədə danışıqlar aparacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iranlı naziri qəbul edəcəyi gözlənilir.