Вернуться назад Распечатать

Uşaqlarda yorğunluğun əsas səbəbləri açıqlandı

"Valideynlər uşaqlarda yorğunluq halları müşahidə etdikdə, hər şeyin hormonlarla bağlı olduğunu düşünürlər. Lakin bu, heç də belə deyil".

Liderxeber.az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı endokrinoloq Yuliya Sidorova deyib.

Həkimin sözlərinə görə, xüsusən böyük şəhərlərdə yorğunluq adi hala çevrilib:

"Yorğunluq həyatın bir hissəsinə çevrildikdə, valideynlər tez-tez hormonal pozğunluqlardan şübhələnirlər. Lakin halların 99%-də səbəb hormonlarla bağlı olmur.

Tez-tez rast gəlinən səbəblərdən biri iş günləri ilə həftə sonları arasında kəskin dəyişən rejimdir. Uşaq iş günlərində müəyyən cədvəllə yaşayır, həftə sonları isə gec yatır və erkən oyanmır. Nəticədə bioloji ritmlər pozulur, orqanizm stresdə olur. Bərpa üçün bir neçə gün tələb olunur və sonrakı günlərdəki yorğunluq da buradan qaynaqlanır.

Daha bir tipik faktor qidalanmadır. Rasionunda tərəvəz və meyvə az olarsa, belə qidalanma uşağın enerjisini təmin edə bilmir. Balanslaşdırılmamış rasion fonunda yorğunluq hissi yaradan çatışmazlıqlar da mümkündür. Normal çəki hələ sağlamlığa zəmanət vermir. Qidalanmanın keyfiyyətinə diqqət yetirmək vacibdir. Uşaqlarda yorğunluğun tez-tez rast gəlinən səbəblərindən biri də hərəkət çatışmazlığıdır. Çoxları həftədə iki bədən tərbiyəsi dərsi ilə kifayətlənirlər, lakin bu, yetərli deyil. Hər üç uşaqdan ikisi gündəlik hərəkət aktivliyi normasını yerinə yetirmir. Bu norma gündə ən azı 60 dəqiqədir. Fiziki aktivlik üçün yuxarı hədd yoxdur - çox hərəkət etmək lazımdır", - deyə mütəxəssis bildirib.

Yuliya Sidorova qeyd edir ki, hərəkətsiz qalan orqanizm özünü daha yorğun hiss edir. Valideynlər şərait yaratmalıdırlar ki, uşaq idman bölmələrinə getsin, evdə aktiv olsun və ya sadəcə açıq havada qaçsın.