Вернуться назад Распечатать

Mütəxəssis rəyi: "İnsanlar 25 yaşdan etibarən qocalmağa başlayırlar"

"İnsanın qocalması 25 yaşından başlayırlar".

Liderxeber.az "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu fikri Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin rəhbərinin birinci müavini Tatyana Yakovleva səsləndirib.

"İstəsək də, istəməsək də, yaşlanma prosesi 25 yaşdan başlayır", - deyə Yakovleva bildirib.

Onun sözlərinə görə, dünyada qocalmanın əlamətləri və mexanizmləri ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur.

Mütəxəssis bu nəzəriyyələr arasında metabolik pozuntuları, sarkopeniyanı (əzələ kütləsinin azalması) və "zombi-hüceyrələr" kimi tanınan qocalmış hüceyrələrin yaranmasını xüsusi qeyd edib.