Вернуться назад Распечатать

Pakistanla sərhəddə toqquşmalar: 58 Əfqanıstan hərbçisi həlak olub

Pakistanla sərhəddə baş verən toqquşmalar nəticəsində həlak olan Əfqanıstan hərbçilərinin sayı 58-ə çatıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Geo" telekanalı güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Əfqanıstanın 100-ə yaxın hərbi qulluqçusu yaralanıb. Bundan başqa, Pakistan Silahlı Qüvvələri sərhəddə baş verən toqquşmalar zamanı qarşı tərəfə məxsus 30-dan çox hərbi texnikanı məhv edib.

00:00

"Pakistan öz ərazi bütövlüyünü təmin etmək və vətəndaşlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək".

Liderxeber.az xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Teleradio Yayımı Nazirliyi "X" sosial şəbəkəsində yaydığı bəyanatda bildirib.

Qurumun məlumatına görə, Əfqanıstan tərəfi geri çəkilməyə məcbur edilib. Bildirilir ki, Əfqanıstan ordusu "dərhal və effektiv cavab" alıb.

Nazirliyin açıqlamasına əsasən, hazırda toqquşmalar Çitral, Xeybər, Mohmand, Kurram və Bacaur zonalarında davam edir.

Bəlucistan əyalət hökumətinin informasiya naziri Yan Açakzay "X" sosial şəbəkəsində bildirib ki, Pakistan Silahlı Qüvvələri Əfqanıstana məxsus dörd blokpostu məhv edib.

Daha əvvəl yayılan məlumata görə, Əfqanıstan qüvvələri Pakistanın 15 sərhəd məntəqəsini məhv edib.