"İran hərbçiləri Hörmüz boğazı üzərində tam nəzarəti ələ keçirib".
Liderxeber.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri komandirinin müavini Məhəmməd Əkbərzadə bildirib.
Əkbərzadə, həmçinin vurğulayıb ki, hazırda neft, kommersiya və balıqçılıq gəmilərinin akvatoriyadan keçməsi qeyri-mümkün olub.
Bundan əlavə, hərbçinin sözlərinə görə, Hörmüz boğazında artıq ondan çox neft tankeri məhv edilib.