Вернуться назад Распечатать

İran ABŞ-lə danışıqları rədd etd

Tehran rəsmi Vaşinqtonla gələcəkdə hər hansı müzakirə aparmağı planlaşdırmır və hərbi qarşıdurmanı zərurət yarandığı müddətcə davam etdirmək əzmindədir.

Liderxeber.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Ali rəhbərinin müşaviri Məhəmməd Möhbər bəyanatla çıxış edib.

"Amerikalılara qətiyyən etibarımız yoxdur və onlarla danışıq masasına oturmaq niyyətində deyilik. Biz 1980-1988-ci illər İran-İraq müharibəsi dövründə nümayiş etdirdiyimiz kimi, döyüşləri istədiyimiz qədər uzatmaq iqtidarındayıq", - deyə o vurğulayıb.