Вернуться назад Распечатать

İran İsrailə ultimatum verdi

İsrail İranın Livandakı səfirliyinə hücum edərsə, İsrail diplomatik missiyaları Tehranın gələcək zərbələri üçün potensial hədəfə çevriləcək.

Liderxeber.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçi bildirib.

“İndiyə qədər bizim sionist rejimin səfirlikləri ilə heç bir marağımız olmayıb, lakin onlar Livandakı səfirliyimizi hədəfə alarsa, onun bütün səfirlikləri bizim üçün hədəfə çevriləcək”, - o qeyd edib.

Hərbçinin sözlərinə görə, İran İsrail səfirliklərinin yerləşdiyi ölkələrə hörmət edərək onları hədəfə almaqdan yayınıb.