Вернуться назад Распечатать

İrandan Türkiyəyə atılan raketlə bağlı - Açıqlama

Rəsmi Tehran Türkiyə ərazisinə raket atılması barədə məlumatları təkzib edib.

Liderxeber.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb.

“İran İslam Respublikasının Silahlı Qüvvələri qonşu və dost ölkə Türkiyənin suverenliyinə hörmət edir və həmin ölkənin ərazisinə hər hansı raket atılmasını təkzib edir”, - bəyanatda deyilir.

Qeyd edək ki, ötən gün İran ərazisindən atılan və Türkiyənin hava məkanına yönəlmiş ballistik raket NATO qüvvələri tərəfindən vurulub.