Bu gün Tehranda İranın yeni lideri Müctəba Xameneinin andiçmə mərasimi keçiriləcək.
Liderxeber.az xəbər verir ki, bu haqda “Fars” xəbər agentliyi məlumat yayıb.
Tədbir Tehranın mərkəzindəki Azadi meydanında, yerli saatla 15:00-da başlayacaq.
Qeyd edək ki, İranın mərhum Ali Lideri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İslam Respublikasına qarşı birgə əməliyyatının ilk günündə öldürülüb. Ötən gecə isə 56 yaşlı Müctəba Xameneinin yeni Ali Rəhbər seçildiyi açıqlanıb.