Вернуться назад Распечатать

Qidanı necə saxlamaq və qızdırmaq daha təhlükəsizdir?

"Plastik qabda saxlanılan və daha sonra istifadə edilən yeməklər sağlamlığa ciddi zərər verə bilər".

Liderxeber.az xəbər verir ki, bunu rusiyalı mütəxəssis Denis Prokofyev "Abzats" nəşrinə açıqlamasında bildirib.

Həkim qeyd edib ki, "Plastik qab yalnız qida daşımaq üçün istifadə edilə bilər. Digər hallarda həmişə şüşə qablar seçmək daha yaxşıdır.

Plastik qabların müntəzəm istifadəsi orqanizmin intoksikasiyasına gətirib çıxara bilər ki, bu da sinir sisteminə və mədə-bağırsaq traktına mənfi təsir göstərir. Həmçinin ümumi zəhərlənməyə səbəb ola bilər.

Yeməyin qızdırılması üçün tam təhlükəsiz plastik qablar mövcud deyil".

O əlavə edib ki, plastik qabda yeməyin mikrodalğalı sobada qızdırılması orqanizmə zərərli təsiri əhəmiyyətli dərəcədə artırır. Onun sözlərinə görə, yeməyi sobada qızdırmaq və ya xüsusi termoslarda saxlamaq və daşımaq daha təhlükəsizdir.