İranın İsfahan şəhərində yerləşən aviasiya kolleci hava hücumuna məruz qalıb.
Liderxeber.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində şəhər daxilində partlayış səsləri eşidilib, səmada hərbi təyyarələr görünüb.
Mümkün zərər və ya zərərçəkənlər barədə hələlik məlumat verilmir.