Вернуться назад Распечатать

“Atamın nəşini gördüm...”

İranın yeni Ali Lideri Müctəba Xamenei xalqa müraciətində ABŞ hücumu nəticəsində həyatını itirən atası Ayətullah Əli Xamenei barədə açıqlamalar verib.

Liderxeber.az-ın məlumatına görə, Xamenei atasının ölümündən sonra onun nəşini görmək imkanı əldə etdiyini bildirib.

O deyib ki, gördüyü mənzərə onda dərin təsir buraxıb.

“Şəhadətindən sonra onun nəşini ziyarət etmək imkanım oldu. Gördüklərim güc və mətanət dolu bir dağ kimi idi”, – Müctəba Xamenei söyləyib.

O, atasının sağ əlinin yumruq şəklində sıxıldığını qeyd edib və bunu güclü iradənin rəmzi kimi dəyərləndirib.