Вернуться назад Распечатать

Səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Avstraliyanın Melburn şəhəri 2026-cı ildə dünyanın ən yaxşı səyahət istiqaməti seçilib.

Oxu.Az xəbər verir ki, müvafiq reytinqi məşhur "Time Out" jurnalı təqdim edib. Ekspertlər və turistlər Melburnu xüsusilə zəngin kulinariya ənənələri, estetik küçələri və binaların damlarında yerləşən məşhur barları (rooftop bars) səbəbindən ziyarət etməyi tövsiyə edirlər.

Reytinq cədvəlində ikinci yeri zəngin tarixi irsi və müasir texnologiyaları ilə Çinin Şanxay şəhəri tutub. İlk üçlüyü isə özünəməxsus mətbəxi və parlaq mədəni həyatı ilə Şotlandiyanın paytaxtı Edinburq tamamlayıb.

Siyahıda həmçinin aşağıdakı şəhərlər yer alıb:

- London (Böyük Britaniya);

- Nyu-York (ABŞ);

- Keyptaun (CAR);

- Mexiko (Meksika);

- Banqkok (Tailand);

- Seul (Cənubi Koreya);

- Tokio (Yaponiya).