Вернуться назад Распечатать

Laricaninin öldürülməsini terror aktı adlandırdılar

İranın Xarici İşlər Nazirliyi ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini terror aktı adlandırıb.

Liderxeber.az xəbər verir ki, bu barədə İran XİN-in yaydığı bəyanatda deyilir.

Bununla yanaşı, Tehran BMT Təhlükəsizlik Şurasını və digər beynəlxalq təşkilatları Laricaninin öldürülməsində iştirak edənləri cinayət məsuliyyətinə cəlb etməyə çağırıb. 

Xatırladaq ki, martın 17-də İsrail Müdafiə Qüvvələri Əli Laricaninin Tehrana aviazərbələr nəticəsində öldürülməsi barədə məlumat yayıb. İran hökuməti daha sonradan xəbəri təsdiq edib.