Вернуться назад Распечатать

SEPAH-dan genişmiqyaslı hücum: Rabitə stansiyaları vuruldu

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ordusuna məxsus peyk rabitə stansiyalarına və ABŞ-nin Yaxın Şərqdə yerləşən bir sıra hərbi bazalarına hücum etdiyini bildirib.

Liderxeber.az xəbər verir ki, hərbçilərin bəyanatını "Tasnim" agentliyi yayıb.

"Zərbələr İsrail hərbçiləri tərəfindən istifadə olunan peyk rabitə stansiyalarına, həmçinin Əl-Əzraq və Şeyx İsa (müvafiq olaraq İordaniya və Bəhreyndə yerləşir), eləcə də Əli əs-Salem və Arifcan (Küveytdə yerləşir) hərbi bazalarına endirilib", - deyə məlumatda vurğulanır.

İran Silahlı Qüvvələri İsraildə yerləşən "Rafael Advanced Defense Systems" silah şirkətinin sənaye obyektlərinə və "Israel Aerospace Industries" texnologiya firmasına zərbələr endirib.

Liderxeber.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İran İslam Respublikasının ordusu martın 24-də Hayfada yerləşən "Rafael" silah şirkətinə, həmçinin Ben-Qurion hava limanı yaxınlığındakı "Israel Aerospace Industries" obyektlərinə və həmin hava limanında yerləşən yanacaqdolduran təyyarələrə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.