Вернуться назад Распечатать

Bir milyondan çox iranlı səfərbər edildi

İran tərəfi ABŞ-nin mümkün quru müdaxiləsinə cavab olaraq bir milyondan çox döyüşçünü səfərbər etdiyini açıqlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin hərbi mənbələri səfərbər olunan qüvvələr arasında həm müntəzəm ordu hissələrinin, həm də SEPAH-ın könüllü bölmələrinin yer aldığını bildirib.

Qeyd edək ki, bu addım ABŞ Prezidenti Donald Trampın İranın strateji neft qovşağı olan Xarq adasını ələ keçirmək üçün quru qoşunları göndərmək planı barədə xəbərlərdən sonra atılıb.

Xatırladaq ki, fevralın 28-dən başlayan hərbi əməliyyatlar çərçivəsində ABŞ və İsrail qüvvələri artıq İranın çox sayda hərbi obyektinə hava zərbələri endirib. Tehran isə buna cavab olaraq Hörmüz boğazını bağlayıb və regiondakı Amerika bazalarını hədəf almağa davam edir.