İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan adına aviabazaya zərbə endirməsi nəticəsində 12 amerikalı hərbçi yaralanıb.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Məlumata görə, ümumilikdə ABŞ və İsrailin fevralın 28-də İrana qarşı əməliyyata başlamasından bu yana 300-dən çox amerikalı hərbçi yaralanıb, 13-ü həlak olub.