Вернуться назад Распечатать

2030-cu ildə xərçəng ürək-damar xəstəliklərini kölgədə qoyacaq - Xəbərdarlıq

Yaxın illərdə xərçəng xəstəliyi ölüm hallarının sayına görə ürək-damar xəstəliklərini geridə qoyaraq əsas ölüm səbəbinə çevrilə bilər.

Liderxeber.az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Xərçənglə Mübarizə İttifaqının Direktorlar Şurasının üzvü, cərrah Mairu Kaleffi xəbərdarlıq edib.

Kaleffi qeyd edib ki, qarşıdakı onilliklərdə səhiyyə sistemləri üçün əsas çətinliklərdən biri xərçəngin diaqnozu və müalicəsinə hər kəs üçün bərabər çıxış imkanlarının təmin edilməsi olacaq.

Vəziyyəti yaxşılaşdırmaq və ölüm riskini azaltmaq üçün xəstəliyin qarşısını ala biləcək effektiv profilaktika strategiyalarının hazırlanması və tətbiqi vacib hesab olunur.