Вернуться назад Распечатать

İran ABŞ-nin məşhur təyyarədaşıyan gəmisinə raket atdı

İran hərbçiləri ABŞ-nin "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə doğru raket atıblar.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat verib.

"Bir neçə PUA (Pilotsuz Uçuş Aparatı - dron) Hind okeanında çarəsiz vəziyyətdə olan "Abraham Linkoln" donanmasına (təyyarədaşıyan gəmi) atəş açıb", - deyə agentlik öz "Telegram" kanalında yazıb.

Bildirilir ki, peyk məlumatlarına əsasən, gəmi öz əvvəlki yerini tərk edib və Hind okeanının dərinliyinə doğru irəliləyib.