Вернуться назад Распечатать

Bu açıqlaması tənqid olundu

ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasəti fonunda səsləndirdiyi fikirlər tənqidlərə səbəb olub.

Liderxeber.az xəbər verir ki, Prezidentin müharibə xərclərini prioritet kimi təqdim etməsi və uşaq baxımı ilə bağlı açıqlaması gündəmin əsas mövzularından birinə çevrilib.

Məlumata görə, Tramp Ağ Evin Pasxa tədbiri zamanı etdiyi çıxışda federal hökumətin əsas prioritetinin hərbi xərclər olmalı olduğunu bildirib. O, sosial rifah proqramlarının isə daha çox ştatların məsuliyyətində olduğunu vurğulayıb.

Büdcə İdarəetmə Ofisinin direktoru Rassel Voutla söhbətinə toxunan Tramp deyib:

“Mən Rassellə dedim ki, uşaq bağçası üçün pul göndərməyin. Çünki ABŞ uşaq baxımı ilə məşğul ola bilməz, bu, ştatın işidir. Hazırda müharibələrdə iştirak edirik, müharibələr apararkən uşaq baxımı ilə məşğul ola bilmərik”.

Prezident çıxışında federal hökumətin əsas funksiyasının “hərbi müdafiə” olduğunu vurğulayıb. O, “Medicaid” və “Medicare” kimi proqramları, eləcə də, uşaq baxımı dəstəyini tənqid edərək, bu sahələrin ştatlar tərəfindən maliyyələşdirilməli olduğunu bildirib.

Trampın bu açıqlamaları yayımlandıqdan sonra Ağ Evin mətbuat katibi Kerolayn Livitt məsələ ilə bağlı açıqlama verib. O, prezidentin sözlərinin yanlış şərh edildiyini iddia edərək bildirib ki, məqsəd dövlət xərclərində “korrupsiya və sui-istifadə hallarını” aradan qaldırmaqdır.