Вернуться назад Распечатать

İran Küveytin neft mərkəzini vurdu: Əl-Əhmədi limanı yanğın içində

İrana məxsus pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbədən sonra Küveytin Əl-Əhmədi limanının yaxınlığında yerləşən neftayırma müəssisəsində bir neçə yanğın ocağı yaranıb.

Liderxeber.az-ın verdiyi məlumata əsasən, bu hadisə ilə bağlı rəsmi açıqlamanı dövlətə məxsus Küveyt Neft Korporasiyası (KPC) yayımlayıb.

"Bu gün səhər saatlarında Əl-Əhmədi limanı yaxınlığındakı neftayırma zavodu PUA hücumuna məruz qalıb. Hücum nəticəsində bir neçə yerdə yanğın qeydə alınıb və hazırda yanğınsöndürmə briqadaları alovun qarşısını almağa səy göstərirlər", - deyə təşkilatın KUNA informasiya agentliyi vasitəsilə yaydığı bəyanatda qeyd olunub.

Həmçinin vurğulanıb ki, hadisə zamanı heç kim xəsarət almayıb.