Вернуться назад Распечатать

Pezeşkiandan diqqətçəkən paylaşım: "İran uğrunda həyatımı qurban verməyə hazıram

İran Prezidenti Məsud Pezeşkian ölkəsi uğrunda həyatını qurban verməyə hazır olduğunu bəyan edib.

Liderxeber.az xəbər verir ki, bu barədə ölkə prezidenti sosial şəbəkə hesabında paylaşım edib.

"On dörd milyondan çox cəsur iranlı ölkəmizin müdafiəsi uğrunda canlarını verməyə hazır olduğunu bəyan edib. Mən də İran uğrunda həyatımı qurban verməyə hazıram", - deyə Pezeşkian bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.