Вернуться назад Распечатать

İran danışıqlar üçün İslamabadı seçdi - 15 günlük kritik mərhələ

İran və onun düşmənləri arasında danışıqların Pakistanın paytaxtında 15 gün ərzində baş tutacağı gözlənilir.

Liderxeber.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, danışıqların detalları İslamabad şəhərində maksimum 15 gün ərzində dəqiqləşdiriləcək.

Bildirilir ki, ABŞ-yə təqdim olunan planda Hörmüz boğazı vasitəsilə keçidin İran silahlı qüvvələri ilə koordinasiyalı şəkildə təşkili, həmçinin ABŞ qüvvələrinin regiondakı bütün bazalardan və yerləşmə məntəqələrindən çıxarılması ilə bağlı bəndlər yer alıb.