Вернуться назад Распечатать

Vaşinqtonda Trampla görüşəcək

NATO-nun Baş katibi Mark Rutte çərşənbə günü ABŞ-yə səfər edəcək və aprelin 12-dək Vaşinqtonda olacaq.

Liderxeber.az-ın məlumatına görə, bu barədə NATO-nun Brüsseldəki qərargahından məlumat verilib.

Bildirilib ki, o, ABŞ Prezidenti Donald Tramp, Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetlə görüşəcək.

Rutte aprelin 9-da Ronald Reyqan Prezident Fondu İnstitutu tərəfindən təşkil edilən müzakirədə çıxış edəcək, aprelin 10-12-də isə Bilderberq Klubunun konfransında iştirak edəcək.

Səfər Trampın Avropa NATO müttəfiqlərini Yaxın Şərqdəki hərbi əməliyyatlarda iştirak etməmələri və Ukraynaya silah tədarükünü dayandırmaqla bağlı tənqid etməsindən sonraya təsadüf edir. ABŞ Prezidenti hesab edir ki, müttəfiqlərin Hörmüz boğazında əməliyyatdan imtina etməsi onun nüfuzuna zərbə vurub.