Вернуться назад Распечатать

İranın "qələbə" bəyanatı Trampı özündən çıxardı - FOTO

İran İslam Respublikasının ABŞ üzərində qələbə qazanması barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın kəskin narazılığına səbəb olub.

 O, CNN telekanalını dezinformasiya yaymaqda ittiham edib.

Liderxeber.az xəbər verir ki, ABŞ rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"CNN World News" tərəfindən paylaşılan bəyanat saxtadır və kanal rəhbərliyi bunu çox yaxşı bilir", - deyə ABŞ prezidenti bildirib.

O əlavə edib ki, İranın əsl rəsmi bəyanatı xarici işlər naziri Abbas Əraqçı tərəfindən sosial platformalarda dərc edilən sənəddir.

"Mən həmin bəyanatı (Əraqçının yaydığı sənədi) "Truth" ("Truth Social") şəbəkəsində yerləşdirmişəm. Hazırda səlahiyyətli qurumlar "CNN World"ün bu saxta bəyanatının arxasında hər hansı cinayət izinin olub-olmadığını araşdırır. CNN kanalından dərhal bu yalan xəbəri geri çəkmək və hərzamankı kimi iyrənc olan bu reportajına görə tam şəkildə üzr istəmək tələb olunur. İstintaqın nəticələri yaxın zamanda ictimaiyyətə açıqlanacaq", - deyə Ağ Ev lideri bildirib.

Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ-yə qalib gəldiyini iddia edən və Ağ Evin qəbul etməyə məcbur olduğu deyilən şərtlərin yer aldığı bir bəyanat yaymışdı. Bunun ardınca Abbas Əraqçı atəşkəsin hansı şərtlər daxilində əldə oluna biləcəyinə dair öz sosial şəbəkə hesablarında açıqlama verdi. Bir müddət sonra D.Tramp məhz Əraqçının dərc etdiyi həmin sənədi özünün "Truth Social" səhifəsində paylaşdı. İran XİN rəhbərinin açıqlaması Ali Milli Təhlükəsizlik Şurasına istinadən paylaşılsa da, hər iki sənədin mətnləri arasında fərq mövcuddur.

İranın qələbə bəyanatı Trampı özündən çıxardı - FOTO - VİDEO

İranın qələbə bəyanatı Trampı özündən çıxardı - FOTO - VİDEO

05:08

İranda əhali ABŞ və İsrailin "məğlubiyyətini" qeyd etmək üçün küçələrə çıxıb.

Liderxeber.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi Tehranın küçələrindən görüntülər yayıb.

Kadrlarda paytaxtın ən uzun küçəsi olan Vəli-Əsr prospektində yüksək səslə musiqinin səsləndiyi, insanların İran bayraqları dalğalandırdığı görünür. Yollarda milli bayraqlarla bəzədilmiş avtomobillərin və ikitəkərli nəqliyyat vasitələrinin sıx hərəkəti müşahidə olunur.Bundan əvvəl Press TV telekanalının məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurası Tehranın qələbə qazandığını, ABŞ ilə İsrailin "sarsıdıcı məğlubiyyətə uğradığını" bəyan edib.