Вернуться назад Распечатать

ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin rəhbəri bəlli oldu

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf aprelin 10-da İslamabadda ABŞ ilə danışıqlar üçün nümayəndə heyətinin rəhbəri təyin edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens qarşı tərəfindən danışıqlar prosesinə rəhbərlik edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumların ikihəftəlik dayandırılmasına razılıq verib.