Вернуться назад Распечатать

Atəşkəsi pozmasına cavab olaraq “Hizbullah” İsraili vurdu

“Hizbullah” İsrailin atəşkəsi pozmasına cavab olaraq İsrailin şimalındakı Manara yaşayış məntəqəsinə raket hücumu həyata keçirdiyini açıqlayıb.

Liderxeber.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, İsrail atəşkəsi pozmağa davam edir və “Hizbullah”ın hücumu Livanı və xalqını müdafiə məqsədi daşıyır.

“Livanı və xalqımızı müdafiə etmək və düşmənin atəşkəs razılaşmasını pozmasına cavab olaraq İslam Müqavimət Mücahidləri (“Hizbullah”) 9 aprel 2026-cı il, cümə axşamı saat 02:30-da Manara yaşayış məntəqəsinə raket hücumu təşkil edib. Bu cavab ölkəmizə və xalqımıza qarşı İsrail-Amerika təcavüzü bitənə qədər davam edəcək”, - bəyanatda vurğulanıb.

Bu, atəşkəs qüvvəyə mindikdən sonra “Hizbullah”ın İsrailə qarşı həyata keçirdiyi ilk raket hücumu hesab olunur.