Вернуться назад Распечатать

Zelenski Putinlə görüşə hazırdır - ABŞ, Yaxın Şərq, yoxsa Avropada?

Ukrayna dövlət başçısı Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşünün ABŞ-də, yaxud Yaxın Şərq regionunda təşkil oluna biləcəyini ehtimal edir.

Liderxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mən Putinlə danışıqlara hazıram. Təbii ki, görüş Kiyev, yaxud Moskvada olmayacaq. Lakin bir araya gələ biləcəyimiz xeyli məkan mövcuddur - Avropa, Yaxın Şərq və ya ABŞ", - deyə İtaliyanın RAI radiostansiyasına müsahibə verən dövlət başçısı qeyd edib.

Ukrayna rəhbəri, eyni zamanda, Birləşmiş Ştatların iştirak etdiyi və Yaxın Şərqdəki hadisələrə görə dayandırılmış danışıqlar prosesinin gələcəkdə bərpa olunacağını diqqətə çatdırıb.

"Məhz bu səbəbdən Rusiya tərəfi ilə aparılan üçtərəfli danışıqlar prosesi dayandırılsa da, yenidən davam etdiriləcək", - deyə Zelenski əlavə edib.