“Hörmüz boğazından keçid rüsumları rialla ödəniləcək”.
Liderxeber.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi İran dövlət televiziyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, parlament tərəfindən hazırlanan qanun layihəsində təhlükəsiz keçid üçün rüsumların tətbiqi nəzərdə tutulur.
Əzizinin sözlərinə görə, qanun layihəsi təsdiqləndikdən sonra Hörmüz boğazı tam şəkildə Silahlı Qüvvələrin nəzarətinə veriləcək: “Bu çərçivədə Omanla əməkdaşlıq müqaviləsinin imzalanması da mümkün hesab olunur”.