İranda “Starlink” terminallarından istifadəyə görə 10 nəfər saxlanılıb.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Qum vilayətinin kiberpolis idarəsi yayıb.
Məlumata görə, “Starlink” İranda təhlükəli məhsul kimi qiymətləndirilir və onun sahibləri qanuna uyğun olaraq sərt cəzalandırılacaq.
Onu da xatırladaq ki, İran bundan əvvəl ölkədə “Starlink” peyk sistemlərini qanuni hədəf elan etmişdi.