Вернуться назад Распечатать

İsrail-Livan danışıqlarında iştirak edəcək

ABŞ Dövlət katibi Marko Rubio çərşənbə axşamı keçiriləcək İsrail və Livan arasında birbaşa danışıqlarda iştirak edəcək.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə CNN-ə ABŞ Dövlət Departamentinin rəsmisi məlumat verib.

Danışıqların ABŞ Dövlət Departamentində keçirilməsi planlaşdırılır və proses regional təhlükəsizlik məsələlərinə fokuslanacaq.

Məlumata görə, ABŞ tərəfini danışıqlarda Livandakı səfir Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidham təmsil edəcək.

İsrail nümayəndə heyətinə səfir Yeçiel Leyter, Livan tərəfinə isə Nada Hamada rəhbərlik edəcək.

Dövlət Departamentinin rəsmisi bildirib ki, danışıqlar İsrailin şimal sərhədinin uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi və Livanın öz ərazi suverenliyini tam bərpa etməsi kimi məsələləri əhatə edəcək.

Rəsmi qeyd edib ki, İsrail və Livan arasında birbaşa dialoqun mümkünlüyü “Hizbullah”la bağlı mövcud gərginlik fonunda regional sabitlik üçün vacib hesab olunur.